Yalçın Rəfiyev: "Azərbaycan pandemiya ilə bağlı çağırışların öhdəsindən gəlib"

Yalçın Rəfiyev: "Azərbaycan pandemiya ilə bağlı çağırışların öhdəsindən gəlib" “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ölkəmizin xarici siyasətdə qazandığı uğurdur”.
Xarici siyasət
25 Aprel , 2022 15:55
Yalçın Rəfiyev: Azərbaycan pandemiya ilə bağlı çağırışların öhdəsindən gəlib

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ölkəmizin xarici siyasətdə qazandığı uğurdur”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) keçirdiyi gənclərin rolu haqqında panel müzakirələrdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bu təşkilata sədrliyi koronavirus pandemiyasının qızğın vaxtına təsadüf etdi: “Lakin biz bu çağırışın öhdəsindən uğurla gəldik. Azərbaycanın təşəbbüsü ilə COVID-19 pandemiyası ilə mübarizə mövzusunda xüsusi sessiyalar keçirildi. Bu, Azərbaycanın təkcə Qoşulmama Hərəkatı çərçivəsində deyil, ümumiyyətlə xarici siyasətdə qazandığı uğurdur”.

Yalçın Rəfiyev Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasının vacibliyini vurğulayaraq əlavə edib ki, üzvlərin təklif etdikləri ideyalar diqqətsiz qalmır, təşkilat tərəfindən nəzərdən keçirilir.

İdarə rəisi Azərbaycanın 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatı çərçivəsində də balanslaşdırılmış xarici siyasət yürütdüyünü vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2022-ci ildə bitməli olsa da, sədrlik müddəti daha 1 il uzadılıb.

Son xəbərlər

Orphus sistemi