Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu alıb

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu alıb Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 12-ci plenar iclasında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qurumda müşahidəçi statusu alması ilə bağlı müraciətinə baxılıb. Müraciət müsbət qiymətləndir
Xarici siyasət
28 Aprel , 2023 18:46
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu alıb

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 12-ci plenar iclasında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qurumda müşahidəçi statusu alması ilə bağlı müraciətinə baxılıb. Müraciət müsbət qiymətləndirilib və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə TÜRKPA-da müşahidəçi statusu verilib.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova çıxışında qeyd edib ki, TÜRKPA-nın beynəlxalq əlaqələrinin genişlənməsi təqdirəlayiqdir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında cari ilin fevral ayında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu, həmçinin müşahidəçilik əsasında gələcək qarşılıqlı fəaliyyət TÜRKPA-nın beynəlxalq əlaqələrinin daha da güclənməsinə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi