Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başa çatıb.
“Report”un xəbərinə görə, Azərbaycan parlamentinin sədri yekun çıxışı edib.
O, konfrans iştirakçılarına təşəkkürlərini çatdırıb.
Tədbir iştirakçıları sabah - iyulun 2-də Şuşa şəhərinə səfər edəcək. Onlar şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak ediblər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədri də yer alıb.