Qubernator: "Heydər Əliyev Gürcüstanla dostluq münasibətlərinin inkişafında böyük rol oynayıb"

Qubernator: "Heydər Əliyev Gürcüstanla dostluq münasibətlərinin inkişafında böyük rol oynayıb" Qubernator Azərbaycan-Gürcüstan münasibətlərinin bu gün də inkişaf etdirildiyini vurğulayıb
Xarici siyasət
10 May , 2021 13:23
Qubernator: Heydər Əliyev Gürcüstanla dostluq münasibətlərinin inkişafında böyük rol oynayıb
Şota Rexviaşvili

"Heydər Əliyev müasir Azərbaycanın qurucusu olub və Gürcüstanla dostluq münasibətlərinin inkişafında böyük rol oynayıb".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məhz onun sayəsində Gürcüstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: "Heydər Əliyev Gürcüstanla bütün sahələr üzrə əlaqələrin inkişafına xüsusi önəm verirdi. Onun hakimiyyəti illərində yalnız iki ölkə üçün deyil, beynəlxalq əhəmiyyətli iri layihələr həyata keçirilib".

Qubernator Azərbaycan-Gürcüstan münasibətlərinin bu gün də inkişaf etdirildiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi