“Report” İnformasiya Agentliyi 2021-ci il martın 25-də Türkmənistan Xarici İşlər Nazirliyində akkreditasiya olunmasıyla bağlı təsdiq cavabı alıb.
Kollektivin bu hadisədən məmnun olduğunu və qardaş Türkmənistanın siyasi, iqtisadi və sosial-mədəni sahələrdə qazandığı uğurları işıqlandırmaq üçün maksimum səy göstərəcəyini bildiririk.
Qeyd edək ki, “Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.