Ceyhun Bayramov: Azərbaycan bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir

Ceyhun Bayramov: Azərbaycan bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir.
Xarici siyasət
10 İyul , 2024 14:37
Ceyhun Bayramov: Azərbaycan bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir

Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşündə deyib.

Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən C.Bayramov Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, bu ölkənin sürətlə silahlanması faktına diqqət çəkib.

O, sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların mövcudluğunu xatırladıb.

Son xəbərlər

Orphus sistemi