"VIII Qlobal Bakı Forumunun keçirilməsi Nizami Gəncəvinin 880-ci ildönümünə təsadüf edir. Bilirik ki, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Bu, bizim regionumuzda birliyin rəmzidir".
"Report" xəbər verir ki, bu fikirlər Roma Papası Fransiskin VIII Qlobal Bakı Forumuna ünvanlanmış müraciətində yer alıb.
Müraciətdə, həmçinin deyilir: “Bilirik ki, bu tədbir çərçivəsində COVID-19-a bağlı məsələləri müzakirə edəcəksiniz və ən təxirəsalınmaz suallara cavab axtaracaqaısnız. Bu tədbirlərin keçirilməsi icmalar arasında daha çox anlaşmaya, öhdəliklərə daha məsuliyyətlə yanaşmağa, əməkdaşlığın, dialoqun və qarşılıqlı hörmətin dərinləşməsinə imkan yaradacaq”.