Roma Papası Fransisk Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması ilə bağlı çağırış edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Milad təbrikində deyib.
O bildirib ki, Azərbaycan Ermənistan arasında sülhün təmin olunmasını istəyir.
Roma Papası, həmçinin Suriya, Yəmən, Ukrayna, Cənubi Sudan, Konqo və Koreya yarımadasında humanitar təşəbbüslərlə bağlı müraciət edib: “Mən, həm də Yaxın Şərqdə hərbi əməliyyatlara son qoyulmasını xahiş edirəm”.
Papa Fransiskin sözlərinə görə, dünyada müharibəyə rəvac verən əsas amil silah istehsalının artmasıdır: “Silah istehsalı, satışı və ticarəti artdığı halda biz sülhdən necə danışa bilərik?”