Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un xəbərinə görə, məktubda deyilir:
"Cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, sülh və rifah diləklərimi sizə çatdırmaq istəyirəm.
Bu əlamətdar gündə Rumıniya ilə Azərbaycan arasındakı yüksək səviyyəli dialoq və əlaqələrin ikitərəfli strateji tərəfdaşlığın möhkəm təməli üzərində güclənəcəyinə əminliyimi ifadə edirəm. Nəqliyyat və enerji kimi strateji sahələr də daxil olmaqla, ikitərəfli iqtisadi əməkdaşlığın intensivləşdirilməsi və şaxələndirilməsi də ölkələrimiz arasındakı münasibətlərin mühüm istiqamətlərini təşkil edəcək.
Zati-aliləri, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edəsiniz".