Səfir: Kəlbəcərdəki “Yuxarı Vəng” SES-də Rumıniya istehsalı olan turbinlərdən istifadə edilməsi sevindiricidir

Səfir: Kəlbəcərdəki “Yuxarı Vəng” SES-də Rumıniya istehsalı olan turbinlərdən istifadə edilməsi sevindiricidir Kəlbəcər rayonundakı “Yuxarı Vəng” Su Elektrik Stansiyasında Rumıniya istehsalı olan turbinlərdən istifadə edilməsi məni təsirləndirdi.
Xarici siyasət
18 Sentyabr , 2024 14:39
Səfir: Kəlbəcərdəki “Yuxarı Vəng” SES-də Rumıniya istehsalı olan turbinlərdən istifadə edilməsi sevindiricidir

Kəlbəcər rayonundakı “Yuxarı Vəng” Su Elektrik Stansiyasında (SES) Rumıniya istehsalı olan turbinlərdən istifadə edilməsi məni təsirləndirdi.

Bunu "Report"a açıqlamasında Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Kəlbəcər rayonuna səfəri zamanı deyib.

Səfir qeyd edib ki, Azərbaycanın Kəlbəcər rayonu təbii gözəlliyi ilə heyran edir. Burada aparılan tikinti-bərpa işlərinin səviyyəsi də təqdirəlayiqdir.

“SES-də Rumıniya istehsalı olan turbinlərin istifadə edilməsi məni təsirləndirdi. Deyə bilərik ki, Qarabağ regionunun bərpası proseslərində ölkəmiz də iştirak edir. Bu, ölkələrimiz arasında ticarət dövriyyəsinə müsbət təsir göstərəcək və iqtisadi əməkdaşlığı gücləndirəcək”, - diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi