Rusiya Azərbaycana ŞƏT-də müşahidəçi statusunun verilməsini dəstəkləyir

Rusiya Azərbaycana ŞƏT-də müşahidəçi statusunun verilməsini dəstəkləyir "Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi statusunda qəbul olunmasını dəstəkləyir".
Xarici siyasət
30 Mart , 2022 13:15
Rusiya Azərbaycana ŞƏT-də müşahidəçi statusunun verilməsini dəstəkləyir
Mixail Boçarnikov

"Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi statusunda qəbul olunmasını dəstəkləyir".

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

“Həm Azərbaycanın, həm də Rusiyanın ŞƏT-də iştirakı iqtisadi-ticarət və mədəni sahələrdə ikitərəfli əməkdaşlığı daha da gücləndirmək üçün zəmin yaradacaq”,- o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ŞƏT-ə qoşulması beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması ilə həmahəng olardı.

Xatırladaq ki, 2001-ci ildə təsis edilmiş Şanxay Əməkdaşlıq Təşkilatında Çin, Hindistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan təmsil olunur. Həmçinin Belarus, Əfqanıstan, İran, Monqolustan təşkilatda müşahidəçi statusuna, Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Şri-Lanka, Türkiyə isə dialoq tərəfdaşı statusuna malikdir.

Son xəbərlər

Orphus sistemi