Rusiya XİN: Ermənistanda Aİ-nin mülki missiyası Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək

Rusiya XİN: Ermənistanda Aİ-nin mülki missiyası Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək.
Xarici siyasət
21 Fevral , 2023 20:27
Rusiya XİN: Ermənistanda Aİ-nin mülki missiyası Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək

Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək.

"Report" Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışığı zamanı bildirib.

Tərəflər danışıq zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir.

Son xəbərlər

Orphus sistemi