Rusiyalı ekspert: "Azərbaycanla Rusiyanın münasibətləri hamıya nümunədir"

Rusiyalı ekspert: "Azərbaycanla Rusiyanın münasibətləri hamıya nümunədir" Azərbaycan ilə Rusiya arasındakı münasibətlər müasir dünyaüçün nümunədir.
Xarici siyasət
22 Aprel , 2022 17:03
Rusiyalı ekspert: Azərbaycanla Rusiyanın münasibətləri hamıya nümunədir

"Azərbaycan ilə Rusiya arasındakı münasibətlər müasir dünya üçün nümunədir".

Bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert İqor Korotçenko Moskvada keçirilən “Rusiya və Azərbaycan: dostluq, əməkdaşlıq, hörmət” adlı dəyirmi masa zamanı bildirib.

“Hazırkı yeni, müasir, dəyişən dünyada dövlətlərarası münasibətlərdə nümunə olaraq Moskva ilə Bakı qarşıya çıxır. Bu münasibətlərin bünövrəsi görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın dirçəlişi, dövlətçiliyinin bərqərar olması bu siyasətçinin adı ilə bağlıdır. Azərbaycanla Rusiya arasında diplomatiya, mədəniyyət, siyasət, iqtisadiyyat sahəsindəki əlaqələrin gücləndirilməsi siyasəti Azərbaycanın hazırkı rəhbəri İlham Əliyev tərəfindən davam etdirildi. Təkcə səmərəli siyasət, təbii sərvətlərin səmərəli istifadə olunması yox, həm də ölkə Prezidentinin liderlik keyfiyyətləri sayəsində də Azərbaycan dünyanın aparıcı ölkələri arasında layiqli yer tutub” – deyə ekspert qeyd edib.

Regiondakı vəziyyəti şərh edən İ.Korotçenko xatırladıb: “Uzun illərin münaqişəsi keçmişdə qaldı, imzalanmış razılaşmalar sayəsində yeni həqiqətlər ortaya çıxdı. Bu, Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatı, yüksək səviyyəli Moskva və Soçi razılaşmalarıdır. Amma rəsmi İrəvan irəli getməyə səy göstərmir”.

“Həmçinin Ermənistan – Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsi də həll olunmalıdır. Ümidvarıq ki, bu barədəki razılaşmalar Ermənistanın mövcud hökuməti tərəfindən yenə də pozulmaz” – deyən rusiyalı ekspert 3+3 regional platformu çərçivəsində işləri davam etdirmək zərurətini də dilə gətirib. Həmçinin Zəngəzur dəhlizi layihəsinin ən qısa zamanda işə salınmasının da vacib olduğu diqqətə çatdırılıb.

“Ermənistanla Azərbaycan arasında əhatəli sülh sazişi üçün yekun addımlar atılmalıdır. Bu məsələdə Moskva dəstək verməyə hazırdır” – deyə İ.Korotçenko qeyd edib.

O, Azərbaycanla Rusiya arasında münasibətlərin həm də mədəniyyət, humanitar sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduqlarını əlavə edib.

Son xəbərlər

Orphus sistemi