Rusiyalı politoloq: Şimali Qafqaz respublikaları Azərbaycanla əlaqələrin inkişafının tərəfdarıdır

Rusiyalı politoloq: Şimali Qafqaz respublikaları Azərbaycanla əlaqələrin inkişafının tərəfdarıdır Rusiya Azərbaycanla dostluq və əməkdaşlığı inkişaf etdirməyi qarşısına məqsəd qoyub və Şimali Qafqaz respublikalarının rəhbərləri də bu tendensiyanı dəstəkləyir.
Xarici siyasət
21 İyun , 2024 16:10
 Rusiyalı politoloq: Şimali Qafqaz respublikaları Azərbaycanla əlaqələrin inkişafının tərəfdarıdır
Yevgeni Mixaylov

Rusiya Azərbaycanla dostluq və əməkdaşlığı inkişaf etdirməyi qarşısına məqsəd qoyub və Şimali Qafqaz respublikalarının rəhbərləri də bu tendensiyanı dəstəkləyir.

Bu barədə “Report”un Rusiya bürosuna açıqlamasında siyasi ekspert Yevgeni Mixaylov bildirib.

Ekspert qeyd edib ki, Şimali Qafqaz respublikaları ilə Azərbaycan arasında əlaqələrin səviyyəsi çox yaxşıdır: “Yeni birgə biznes layihələrinin həyata keçirilməsinə dair mütəmadi danışıqlar aparılır, mədəni tədbirlər keçirilir. Azərbaycanın və Şimali Qafqaz respublikalarının rəsmi nümayəndə heyətləri arasında tez-tez görüşlər keçirilir”.

Onun sözlərinə görə, Moskva ilə Bakı arasında əlaqələrin davamlı inkişafı həm də Azərbaycanla Şimali Qafqaz respublikaları arasında əlaqələrin inkişafına və birgə layihələrin həyata keçirilməsinə təkan verir.

Son xəbərlər

Orphus sistemi