"Xəzər dənizinin dibinin bölünməsi məsələsi Avropa İttifaqı (Aİ) üçün maraqlı olmalıdır".
"Report" xəbər verir ki, bunu Serbiyanın sabiq prezidenti Boris Tadic VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qərbi Balkanların dəyərləndirilməsi: irəliyə gedən yol" adlı panel müzakirələrində çıxışı zamanı deyib.
O, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub: "Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edildi, bu, regionda vəziyyəti dəyişdi".
Sabiq prezident bildirib ki, Aİ ölkələri iqtisadi böhrandan çıxa bilmirlər: "Aİ ölkələri miqrasiya böhranına məruz qaldı. Bu, Aİ-də çətin siyasi vəziyyətə səbəb oldu. 5 milyon miqrant Aİ-nin bir faizini təşkil edir".
B.Tadic onu da qeyd edib ki, Aİ Qərbi Balkanlara doğru genişlənməyəcək: "Aİ strateji problemlərlə üzləşib. Artıq bu quruma ümid qalmayıb".