İran Prezidenti İbrahim Rəisi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
Bu barədə “Report”a Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib.
Baş nazirin müavini İran Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb, hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Görüşdə ölkələr arası faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.
İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.