“Mən hər zaman Sizi əzmli, həqiqətən öz ölkəsi üçün mübarizə aparan, digərlərinə yol göstərən uzaqgörən liderlərdən biri kimi görmüşəm”.
“Report” xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
“Siz Qoşulmama Hərəkatının sədrisiniz. Sizin BMT Baş Assambleyasının sonuncu sessiyasındakı çıxışınıza istinad etmək istəyirəm, dediniz ki, Azərbaycan son 30 ildə 120-dən çox ölkəyə dəstək verib, çox sayda beynəlxalq forumlar təşkil edib. Bu, dünyaya böyük kömək deməkdir. Düşünürəm ki, bunun sayəsində Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır”, - Baş direktor bildirib.