Azərbaycan və Rumıniya arasında iqtisadi ticarət sahəsində əməkdaşlığı genişləndirmək üçün böyük imkanlar mövcuddur.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Bakıda Rumıniyanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.
O qeyd edib ki, iki ölkə arasında əlaqələr sıx münasibətlər hesabına strateji tərəfdaşlıq səviyyəsinə çatıb:
"Cari ilin iyul ayında Buxarestdə XİN başçıları arasında keçirilən siyasi məsləhətləşmələr, həmçinin Bakıda Rumıniya və Azərbaycan hökumətləri arasında keçirilən görüşlər münasibətlərin inkişafına töhfə verib. Mədəniyyət və təhsil sahəsində mübadilələr də əməkdaşlığın güclənməsinə töhfə verməkdədir".