Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ş.Mişel tviter hesabında yazıb.
O bildirib ki, söhbət zamanı Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, tərəflər arasında etimadın yaradılmasına və dialoqa ehtiyac var.
Ş.Mişel Aİ-nin Ukrayna və Gürcüstanın ərazi bütövlüyünə dəstək də ifadə edib.
Tərəflər həmçinin Əfqanıstandakı vəziyyəti də nəzərdən keçiriblər.