Azərbaycanda işgüzar səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Şəhidlər xiyabanını ziyarət edib.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti özünün tvitter hesabında məlumat verib.
Şarl Mişel Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
"Bakıda Şəhidlər Xiyabanında Azərbaycana qarşı Sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim.
Təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz bölgəsi Avropa İttifaqının marağındadır və bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz hissəsidir. Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir"- Şarl Mişel, qeyd edib.