"Bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüz illik yubileyi Özbəkistanda çox yüksək səviyyədə keçirilib".
"Report" xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi geniş tərkibdə görüşdə söyləyib.
Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşıldığını deyən Prezident Mirziyoyev bildirib: “Hesab edirəm ki, görülən bütün işləri Özbəkistan xalqı tamamilə başqa cür dəyərləndirir. Onu görən, onunla qarşılaşan, onunla işləyən yaşlı nəsil də bizim Özbəkistan gənclərinə çatdırıblar ki, əslində, Azərbaycanın və Özbəkistanın həyatın həmin çətin anlarında qarşıya qoyulan hədəflərə çatması, Azərbaycan və Özbəkistan rəhbərliyinin bir-birini başa düşməsi, çox şey əldə etməsi üçün Heydər Əlirza oğlu uzun illər əlindən gələni edib”.