"Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq bağları illərə, əsrlərə dayanır. Atatürk deyirdi ki, Azərbaycanın sevinci sevincimizdir, kədəri kədərimizdir”, Heydər Əliyev isə “Bir millət, iki dövlətik” dedi".
Bu fikirləri "Report"a açıqlamasında İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini qəbul edərkən səsləndirdiyi fikirlər Türkiyə xalqı tərəfindən böyük məmnuniyyətlə, alqışla qarşılanıb. Bu çıxış həssas günlərdə Türkiyəyə böyük dəstək idi. İlham Əliyevin bu davranışı Türkiyə və Azərbaycanın bir-birinə əsrlərdir verdiyi dəstək siyasətinin davam idi. Əmin olun ki, bu isti və səmimi münasibət qarşılıqlıdır. Təməlləri sağlam olan iki qardaş ölkə bütün şərtlərdə bir-birinin yanında olduğunu ortaya qoymaqdadır və bu gün sağlam və möhkəm bağlarla bir-birinə birləşən iki dost qardaş ölkə var".
S.Karakoyunlu deyib ki, Prezident İlham Əliyevin ilk dəfə deyil belə təqdirəlayiq addım atır: "O, intellekti və mükəmməl yanaşması ilə hər zaman qatıldığı beynəlxalq platformalarda Türkiyənin və xalqının yanında olduğunu göstərib, mövqeyini nümayiş etdirib. Türkiyə rəsmilərinin olmadığı beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib".
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan çıxışlarında “Qarabağ bizim milli davamızdır” deyir. Biz sözdə deyil, əməldə bir millətik və bir-birimizin davamıyıq. Azərbaycan bu gün bölgədəki bütün qərarları Türkiyəyi düşünərək alır, elə Türkiyə də eyni siyasət yolunu izləyir. Biz inanırıq ki, bu bağlar hər keçən gün bir qədər də möhkəmlənəcək. Yaşasın Azərbaycan və Türkiyə həmrəyliyi və qardaşlığı!", - Dərnək rəhbəri vurğulayıb.
Vüsalə Abbasova