Səfir: "3+3" formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişafına töhfə verəcək”

Səfir: "3+3" formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişafına töhfə verəcək” Rusiya hesab edir ki, "3+3" formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişaf etdirilməsinə töhfə verəcək”.
Xarici siyasət
26 Yanvar , 2022 12:11
Səfir: 3+3 formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişafına töhfə verəcək”

"Rusiya hesab edir ki, "3+3" formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişaf etdirilməsinə töhfə verəcək”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfir ötən il çox şey vəd edən "3+3" formatının işə salındığını xatırladıb. Onun sözlərinə görə, burada əsas maraq regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpa etməkdir.

O bildirib ki, "3+3" formatında iştirak üçün qapı daim Gürcüstanın üzünə açıqdır”.

M.Boçarnikov bu format çərçivəsində növbəti görüşün harada keçiriləcəyi ilə bağlı məlumata malik olmadığını söyləyib.

Xatırladaq ki, "3+3" formatında (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İran) regional əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ötən il dekabrın 10-da Moskvada "3+3" formatı çərçivəsində ilk iclas keçirilib. İclas Rusiyanı XİN rəhbərinin müavini Andrey Rudenko, Azərbaycan XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Ermənistanın xarici işlər nazirinin müavini Vahe Gevorkyan və İranın Xarici İşlər Nazirliyinin Avrasiya üzrə Baş direktoru Əlirza Həqiqiyanın həmsədrliyi ilə keçirilib. Gürcüstan görüşdə iştirakdan imtina edib.

Son xəbərlər

Orphus sistemi