“Avropa İttifaqı (Aİ) ərazilərin minalardan təmizlənməsində Azərbaycanın ən böyük dəstəkçisidir”.
“Report” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko “X”də yazıb.
“Məcburi Köçkünlərin Təhlükəsiz Geri Dönüşünün Dəstəklənməsi” layihəsi çərçivəsində Aİ-nin dəstəyi ilə Azərbaycanda təlim keçmiş ilk minatəmizləmə komandasının üzvlərinə sertifikatlar təqdim etməkdən şərəf duyuram”, - o bildirib.