Səfir: "Belarus və Azərbaycan mühüm məsələlər üzrə ümumi maraqlara malikdir"

Səfir: "Belarus və Azərbaycan mühüm məsələlər üzrə ümumi maraqlara malikdir" “Növbəti ildönümünü iyunun 11-də qeyd etdiyimiz 28 illik diplomatik münasibətlər ərzində Belarus-Azərbaycan tərəfdaşlığının dostluq, hörmət və qarşılıqlı anlaşma kimi möhkəm ənənələri formalaşmışdır".
Xarici siyasət
2 İyul , 2021 10:05
Səfir: Belarus və Azərbaycan mühüm məsələlər üzrə ümumi maraqlara malikdir

“Növbəti ildönümünü iyunun 11-də qeyd etdiyimiz 28 illik diplomatik münasibətlər ərzində Belarus-Azərbaycan tərəfdaşlığının dostluq, hörmət və qarşılıqlı anlaşma kimi möhkəm ənənələri formalaşmışdır. Bütün bunlar ölkələr arasında möhkəm təməl yaradıb”.

Report” xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov Belarus Respublikasının Müstəqillik Gününə və Azərbaycanla ikitərəfli münasibətlərə həsr olunmuş məqaləsində bildirib.

Diplomatın sözlərinə görə, Belarus və Azərbaycan arasında bütün istiqamətlər üzrə konstruktiv dialoqun və əməkdaşlığın dinamik inkişafının əsasında iki ölkə prezidentləri arasında yüksək səviyyəli qarşılıqlı anlaşma və etimad dayanır.

O deyib ki, Belarus və Azərbaycan geniş spektrli məsələlər üzrə ümumi maraqlara malikdir: “İki ölkə arasında oxşarlıqlar çoxdur. Bura cəmiyyətlərin dinlərarası və millətlərarası tolerantlığı, suveren və müstəqil dövlətlərin dinamik inkişafa səy göstərməsi, sosial yönümlü iqtisadiyyatın qurulması, iqtisadi artımın yüksək templərinin təmin edilməsi daxildir”.

“Bütün bunlar bizi birləşdirir və tərəflər arasında intensiv dialoqun qurulmasına, ikitərəfli əməkdaşlığın uzunmüddətli əsasa keçirilməsinə maraq yaradır”, - A.Ravkov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi