Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Gəncə terrorunun ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
"Report" xəbər verir ki, o, bu barədə oktyabrın 10-da etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən danışıb.
Diplomat xatırladıb ki, Gəncə şəhərinin məruz qaldığı dəhşətli raket hücumunun ikinci ildönümüdür: "Həmin faciəli gündə həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Həmçinin iki il əvvəlki müharibədə və döyüşlər başa çatdıqdan sonra toqquşmalarda və mina partlayışları nəticəsində həyatını itirənlərin də yaxınlarına başsağlığımı çatdırmaq istərdim. Böyük Britaniya regionda sülhün mümkün qədər tez əldə olunmasını arzulayır".