“Britaniya universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrin sayı ildən-ilə artır”.
“Report” xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.
O qeyd edib ki, Britaniya azərbaycanlı tələbələr üçün ən populyar istiqamətlərdən biri olaraq qalır.
Səfir paylaşımında bundan məmnunluğunu ifadə edib.