“Məcburi köçkünlərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıtmasını mina təhlükəsi çətinləşdirir. Ermənistan orada çoxsaylı mina sahələri yaradıb”.
“Report” xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatına müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Hüseynov bildirib.
Səfir bildirib ki, Ermənistan mina sahələrinin xəritələrini Azərbaycan tərəfinə təqdim etməyi ləngidir, təqdim edilmiş xəritələr isə dəqiq deyil.
Diplomatın sözlərinə görə, mina təhlükəsi azad edilmiş ərazilərdə tikinti işlərinin aparılmasında da özünü göstərir: "Ölkəmiz orada infrastrukturu bərpa etməkdə davam edir. Bərpa işlərində beynəlxalq iştiraka da şərait yaradırıq”.
Səfir Bolqarıstan şirkətlərini azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə qoşulmağa dəvət edib.