“Fransa azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycanı dəstəkləyir”.
"Report" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Fransa tərəfi bu məsələdə ANAMA ilə əməkdaşlıq edir, minatəmizləmə avadanlıqlarının tədarükünə dəstək verir: “Təəssüf ki, buna baxmayaraq, minalar insanların həyatına son qoymaqda davam edir”.
Z.Qross Fransa ilə Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirib: "Hər iki ölkə sabitliyin və rifahın daha da möhkəmləndirilməsi naminə əməkdaşlığı gücləndirir".