Səfir pakistanlı nazirlə Bakı və İslamabad arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Səfir pakistanlı nazirlə Bakı və İslamabad arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə edib Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin federal iqtisadi işlər naziri Əhəd Xan Çima ilə Bakı ilə İslamabad arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakir edib.
Xarici siyasət
1 Noyabr , 2024 21:47
Səfir pakistanlı nazirlə Bakı və İslamabad arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin federal iqtisadi işlər naziri Əhəd Xan Çima ilə Bakı ilə İslamabad arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

“<…> Zati-aliləri cənab Əhəd Xan Çima ilə görüşməkdən məmnunam. Gündəlikdə, ilk növbədə, qarşıdan gələn Azərbaycan – Pakistan Hökumətlərarası Komissiyası çərçivəsində iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub”, – səfir qeyd edib.

Xatırladaq ki, oktyabrın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşmüş, iki ölkə arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə edilmişdi.

Ondan bir ay öncə isə Xəzər Fərhadov Pakistanın ədliyyə naziri Əzəm Nazir Tatar ilə iki ölkə arasında investisiya imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparmışdı.

Son xəbərlər

Orphus sistemi