"Türkiyə şirkətlərinin Kəlbəcər və Laçında külək enerjisi layihələrində iştirak etməsi üçün hazırlıq görülür".
“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Anadolu”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyənin “Achar enerji”, “Eksim Holding”, “Best Brands Energy Group", "Renevo Enerji”, “Solar APEX” kimi şirkətləri Azərbaycanda bərpaolunan enerji ilə bağlı layihələrlə maraqlanırlar: "Çünki Azərbaycanın bərpaolunan enerji sahəsində ciddi potensialı var".
R.Məmmədov xatırladıb ki, Prezident İlham Əliyev 2021-ci ildə işğaldan azad olunmuş torpaqlarda “Yaşıl enerji Zonası”nın yaradılmasına dair sənəd imzalayıb.