"Türkiyə və Azərbaycan bölgədə baş verən hadisələrlə bağlı mütəmadi şəkildə danışıqlar aparır".
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında dostluq münasibətləri hər zaman olduğu kimi indi də inkişaf edir: "Münasibətlərimiz bu günədək güclü şəkildə davam edib və bundan sonra da davam edəcək".