“Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji bir dəyərə və ölçüyə qədər genişlənib. Son zamanlar münasibətlərimizin bütün sahələrində böyük irəliləyiş əldə edilib”.
“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.
“İkitərəfli əməkdaşlığımız artıq yalnız Türkiyə və Azərbaycana fayda gətirmək hüdudlarından kənara çıxıb və regional əməkdaşlığa yol açıb. Türkiyə və Azərbaycan bölgənin təhlükəsizliyinə və sabitliyinə töhfə vermək üçün bütün imkanlarını və güclərini birləşdirib”, - diplomat bildirib.