Səfirlik: "ABŞ ANAMA-ya və əməkdaşlarına dəstək olmaqdan qürur duyur”

Səfirlik: "ABŞ ANAMA-ya və əməkdaşlarına dəstək olmaqdan qürur duyur” Səfirlik: "ABŞ ANAMA-ya və əməkdaşlarına dəstək olmaqdan qürur duyur”
Xarici siyasət
4 Aprel , 2023 14:09
Səfirlik: ABŞ ANAMA-ya və əməkdaşlarına dəstək olmaqdan qürur duyur”

“Biz ANAMA-ya və onun cəsarətli əməkdaşlarına dəstək olmaqdan qürur duyuruq”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi tviterdə yazıb.

Bildirilib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərin minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb: “Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizlənməsinə Yardım Günündə Birləşmiş Ştatlar münaqişənin təsirinə məruz qalmış ərazilərdə minalardan və partlamamış hərbi sursatlardan əziyyət çəkən qurbanlara və onların ailə üzvlərinə başsağlığı verir”.

Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi