Türkiyənin İstanbul şəhərində “Texnofest” festivalının açılış mərasimi keçirilib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, festivalda 102 fərqli kateqoriyalarda 41 yarışma üzrə 1 milyondan çox layihə iştirak edir.
Festival çərçivəsində “Bayraktar Kızılelma”, “Bayraktar Akıncı” və ilk dəfə olaraq “Bayraktar-TB3” Silahlı Pilotsuz Uçuş Aparatı da ziyarətçilərə təqdim edilir.
“Ötən il sərhədləri aşdıq və qardaş ölkə Can Azərbaycanda “Texnofest”i təşkil etdik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar İstanbulda “Texnofest – 2023”ün açılış mərasimində çıxışı zamanı deyib.
O, növbəti “Texnofest”lərin dost və qardaş ölkələrdə keçiriləcəyinə ümid etdiyini söyləyib: “Cümhuriyyətimizin yaradılmasının yüzüncü ilində İzmirdə, Ankarada da “Texnofest”i təşkil etmək istəyirik. Mədəniyyətimizin elm və texnologiyadakı mövcudluğu “Texnofest” nəsli ilə davam edəcək. Mədəniyyətimizin texnologiya ilə bağlarını qorumaq üçün “Texnofest” yaşamalıdır”.