Seneqal Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Seneqal Prezidenti Azərbaycan Prezidentini təbrik edib Seneqal Respublikasının Prezidenti Məkki Sall Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
27 May , 2022 16:07
Seneqal Prezidenti Azərbaycan Prezidentini təbrik edib
İlham Əliyev

Seneqal Respublikasının Prezidenti Məkki Sall Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə və dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmimi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyə hazır olduğumu bir daha vurğulayıram".

Son xəbərlər

Orphus sistemi