ISIA-nın vitse-prezidenti: İtaliya Azərbaycanla sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək

ISIA-nın vitse-prezidenti: İtaliya Azərbaycanla sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək İtaliyanın Azərbaycanla uzun müddətdir ki, həm hökumətlər, həm də qanunverici orqanlar səviyyəsində çox gözəl münasibətləri formalaşıb.
Xarici siyasət
5 Sentyabr , 2024 10:16
ISIA-nın vitse-prezidenti: İtaliya Azərbaycanla sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək

İtaliyanın Azərbaycanla uzun müddətdir ki, həm hökumətlər, həm də qanunverici orqanlar səviyyəsində çox gözəl münasibətləri formalaşıb.

"Report"un Romaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İtaliyanın Asiya üzrə İnstitutunun (ISIA) vitse-prezidenti Sercio Divina jurnalistlərə açıqlamasında deyib.

“Ticarət əlaqələrimiz güclənib, İtaliya və Almaniya faktiki olaraq Avropada Azərbaycanın aparıcı ticarət tərəfdaşlarına çevrilib. Şirkətlərimiz arasında çox yaxşı əməkdaşlığın mövcud olduğu sənaye, kənd təsərrüfatı, mühəndislik sahələrində ikitərəfli əlaqələr uğurla inkişaf edir", - o qeyd edib.

S.Divina İtaliyanın milli enerji təhlükəsizliyinin təmin edilməsi baxımından ölkə üçün strateji layihəyə çevrilən Trans-Adriatik Qaz Boru Kəmərini (TAP) xüsusilə vurğulayıb.

“Düşünürəm ki, böyük layihələrin planlaşdırılmasında, həm də həyata keçirilməsində əməkdaşlıq edəcəyimiz Orta Dəhlizin inkişafını nəzərə alaraq, birlikdə fəaliyyət göstərməyə davam edəcəyik. Beləliklə, İtaliya və Azərbaycan sıx əməkdaşlıq edir və bundan sonra da edəcək”, - vitse-prezident bildirib.

Son xəbərlər

Orphus sistemi