“Azərbaycan və Ermənistan tərəfindən noyabrın 9-da əldə edilmiş razılaşma çərçivəsində Türkiyə ilə səylərimizi yaxından koordinasiya edirik”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Antalya şəhərində keçirilmiş görüşdən sonra mətbuat konfransında deyib.
O bildirib ki, Bakı və Yerevan Qarabağla bağlı məsələdə həllə yaxınlaşmaq üçün dialoqu davam etdirirlər.
S.Lavrov həmçinin Azərbaycanda Türkiyə-Rusiya birgə mərkəzinin fəaliyyətini təqdir etdiyini bildirib.