Avropa İttifaqı (Aİ) Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə layihə çərçivəsində koronavirusa qarşı peyvəndləmənin hazırlıq işləri üçün Şərq Tərəfdaşlığı ölkələrinə 40 milyon avro yardım ayıracaq.
“Report” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Aİ-nin həmin ölkədəki nümayəndəsi Matti Maasikas bildirib.
Diplomatın sözlərinə görə, hazırlıq, maddi texniki təminat, səmərəli idarəçilik peyvəndləmə kampaniyasının uğurlu keçməsini şərtləndirir:
“Layihə peyvəndləmənin bütün mərhələlərini əhatə edərək immunlaşma sistemini təkmilləşdirməyə də böyük töhfə olacaq”.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən 2009-cu ildə başlanmış Şərq Tərəfdaşlığı proqramının məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığı genişləndirməkdir.