Brüsseldə "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb.
“Report” xəbər verir ki, görüşün gündəliyinə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığın daha da artırılması, habelə dekabrın 15-də keçiriləcək zirvə görüşünə hazırlıq məsələləri daxildir.
Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.