ŞƏT-in Baş katibi Azərbaycan Prezidentini təbrik edib

ŞƏT-in Baş katibi Azərbaycan Prezidentini təbrik edib Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Xarici siyasət
26 May , 2021 17:35
ŞƏT-in Baş katibi Azərbaycan Prezidentini təbrik edib
Vladimir Norov

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Şübhə yoxdur ki, Sizin peşəkar və şəxsi keyfiyyətləriniz sayəsində müstəqil Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolu ilə irəliləyir, regionda və dünyada mövqelərini inamla möhkəmləndirir. Siz dövlətin qarşısına qoyulmuş məsələləri savadlı və səmərəli şəkildə həll edirsiniz. Bu, fədakar əməyin və aşkar məqsədyönlülüyün nəticəsidir. Sizin yürütdüyünüz düşünülmüş və uzaqgörən xarici siyasət Azərbaycana beynəlxalq arenada haqlı olaraq nüfuz qazandırıb.

Fürsətdən istifadə edib, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz maraq və diqqətə, onu şəxsən dəstəklədiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan Respublikası ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi təşkilatın Katibliyinin müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla qarşılıqlı fəaliyyətinin inkişafına dair Yol Xəritəsinin təqdim etdiyi imkanları fəal şəkildə reallaşdırır. Təşkilatın 20 illiyi ərəfəsində 2021-ci il mayın 24-də ŞƏT-in Katibliyində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş mədəniyyət gecəsi buna parlaq sübut oldu. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan səfirliyi tərəfindən ŞƏT-in Katibliyi ilə birgə təşkil edilmiş tədbir respublikanın zəngin mədəni potensialını və onun xalqının mənəviyyatını nümayiş etdirdi, tədbirə dəvət olunmuş bütün qonaqlar bunu hiss edə bildi.

Nizami Gəncəvinin büstünün ŞƏT-in Katibliyinə hədiyyə edilməsinə görə xüsusi təşəkkürümü bildirmək istərdim. Bu hədiyyə öz əsərləri ilə həm Şərq, həm də dünya ədəbiyyatının sonrakı inkişafına böyük təsir göstərmiş şair və filosofun böyüklüyünün təcəssümüdür.

Əminəm ki, biz birgə səylərimizlə qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı faydalı əməkdaşlığı ŞƏT çərçivəsində bundan sonra da uğurla davam etdirəcək, bizim təşkilatın üzvü olan bütün ölkələr arasında mədəni əlaqələri möhkəmləndirəcəyik.

Zati-aliləri, icazə verin Sizə ən səmimi təbriklərimi, möhkəm cansağlığı, uğurlar, ailə firavanlığı arzularımı, Azərbaycan Respublikasının xalqına isə sülh, xoş güzəran və firavanlıq diləklərimi bildirim!"

Son xəbərlər

Orphus sistemi