Slovakiyalı ekspert: Bakı ilə Bratislava bir çox sahələrdə əməkdaşlıq edə bilər

Slovakiyalı ekspert: Bakı ilə Bratislava bir çox sahələrdə əməkdaşlıq edə bilər Slovakiyanın Baş naziri Robert Fitsonun Bakıya səfəri ölkənin Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu göstərir.
Xarici siyasət
10 May , 2024 12:29
Slovakiyalı ekspert: Bakı ilə Bratislava bir çox sahələrdə əməkdaşlıq edə bilər

Slovakiyanın Baş naziri Robert Fitsonun Bakıya səfəri ölkənin Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu göstərir.

Bunu “Report”a açıqlamasında slovakiyalı ekspert, Slovakiya İxracatçılar Şurasının aparıcı analitiki Yozef Hrabina bildirib.

Onun fikrincə, Bakı ilə Bratislava bir çox sahələrdə əməkdaşlıq edə bilər və hər iki tərəf bunu iki ölkə arasında təbii qaz ixracı, hərbi-sənaye əməkdaşlığı və texnoloji mübadilə sahəsində həyata keçirməyə çalışır:

“Rusiya ilə Ukrayna arasında təbii qaz tranziti müqaviləsinin müddəti gələn il başa çatdığına görə digər Mərkəzi Avropa ölkələri kimi Slovakiya da “mavi yanacağ”a olan tələbatını Xəzər regionundan, xüsusən də Azərbaycandan ödəmək niyyətindədir”.

O qeyd edib ki, Slovakiya yaxın illərdə 5 milyard kubmetr təbii qaz idxal etməyi gözləyir və bu da potensial olaraq ölkənin ehtiyaclarını ödəyə bilər.

Hərbi əməkdaşlıqdan danışan Y.Hrabina qeyd edib ki, Slovakiya Azərbaycana minatəmizləmə maşınları və özüyeriyən artilleriya qurğuları təklif edə bilər.

Ekspert vurğulayıb ki, Slovakiya Rusiyaya alternativ qaz nəqli infrastrukturunun təkmilləşdirilməsində maraqlıdır: “Buna görə də STRING kəməri layihəsi Avropa İttifaqına qaz tədarükünün şaxələndirilməsinə töhfə verən hər hansı digər layihələr kimi Ukraynada müharibə başa çatdıqdan sonra Avropanın inkişafında böyük rol oynayacaq”.

Son xəbərlər

Orphus sistemi