Şri-Lanka Parlamentinin spikeri: Asiya regionu su problemi ilə üzləşir

Şri-Lanka Parlamentinin spikeri: Asiya regionu su problemi ilə üzləşir Şri Lanka Parlamentinin spikeri Mahinda Yapa Abeyvardana (Mahinda Yapa Abeywardana) Asiya regionundakı su problemi kimi məsələləri aradan qaldırmağın vacibliyini vurğulayıb.
Xarici siyasət
22 Fevral , 2024 11:18
Şri-Lanka Parlamentinin spikeri: Asiya regionu su problemi ilə üzləşir

Şri-Lanka Parlamentinin spikeri Mahinda Yapa Abeyvardana (Mahinda Yapa Abeywardana) Asiya regionundakı su problemi kimi məsələləri aradan qaldırmağın vacibliyini vurğulayıb.

“Report”un xəbərinə görə, o, Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib ki, sabahı bu gündən yaxşı edə bilmək üçün düşünməlidirlər:

“Hesab edirəm ki, Asiya yuxuda olan bir nəhəngdir. Fəaliyyətimizdə dayanıqlı olmalıyıq ki, istədiyimiz məqsədlərə nail olaq. Asiya regionunun problemlərlə üzləşməsini, regiondakı xalqların bəzi qanunsuz cərrahiyyə əməliyyatları, su problemləri kimi məsələlərlə üzləşməsini istəmirik. Əlimizdən gələni etməliyik ki, Asiyanı oyadıb dirçəldək”.

Son xəbərlər

Orphus sistemi