Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər regiondakı mövcud durumu və üçtərəfli bəyanatların yerinə yetirilməsini müzakirə ediblər.
Onlar həmçinin sülhməramlıların fəaliyyətinin səmərəliliyinin artırılması haqqında danışıblar.
Qeyd edək ki, A.Lentsov aprelin 26-da bu vəzifəyə təyin olunub. O, general-mayor Andrey Volkovu əvəz edib.