Sumqayıt zəlzələ zonasına 4 konteyner və 16 ton humanitar yardım yola salıb

Sumqayıt zəlzələ zonasına 4 konteyner və 16 ton humanitar yardım yola salıb Sumqayıt şəhəri zəlzələ zonasına 4 konteyner və 16 tona yaxın humanitar yardım yola salıb.
Xarici siyasət
13 Fevral , 2023 13:30
Sumqayıt zəlzələ zonasına 4 konteyner və 16 ton humanitar yardım yola salıb

Sumqayıt şəhəri zəlzələ zonasına 4 konteyner və 16 tona yaxın humanitar yardım yola salıb.

“Report”un yerli bürosunun məlumatına görə, şəhərin müxtəlif ərazilərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb.

Hadisə baş verən ilk gündən sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər, böyük fəallıq müşahidə edilir. Vətəndaşlar tərəfindən könüllü şəkildə gətirilən yataq dəstləri, isti geyimlər, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılıb.

Sumqayıt şəhəri tərəfindən insanların müvəqqəti yaşaması üçün 22 ədəd konteyner evlərin zəlzələdən zərərçəkmiş bölgələrə göndərilməsi nəzərdə tutulur. Bu gün həmin konteyner evlərdən ilkin olaraq 4 ədədi, 230 min AZN dəyərində olan, 16 tona yaxın, humanitar yardım Sumqayıtdan birbaşa Türkiyəyə yola salınıb. Sumqayıt şəhərində hazırda da humanitar yardım kompaniyası davam edir.

Qeyd edək ki, qarşıdakı günlərdə Sumqayıt şəhərindən 500 min manata yaxın, ümumi çəkisi 75 ton olan 11 TIR humanitar yardımın göndərilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi