"Azərbaycanla türkiyəni birləşdirən bizim tarixi köklərimiz, milli dəyərlərimizdir. Bu gün iki qardaş ölkə arasında mühüm iqtisadi əməkdaşlıqlar var. Artıq Azərbaycanla Türkiyə arasında yeni münasibətlər yaranır".
"Report"un Qərb bürosu xəbər verir ki, bunu Gəncədə "Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün çağırışlar" mövzusunda keçirilən konfransda Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Tahir Budaqov deyib.
YAP Sədrinin müavini bildirib ki, Prezident İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasındakı münasibətlər YAP və AK Partiyası arasında xoş münasibətlərin yaranmasına gətirib çıxarıb:
"Türkiyə ilə Azərbaycanı birləşdirən bizim tarixi köklərimiz, milli dəyərlərimizdir. Türkiyə mediyası da Azərbaycan mediayası ilə birgə Vətən müharibəsində yaşananları dünya ictimaiyyətinə çatdırmaqda mühüm rol oynayıb. Bu gün qardaş ölkələr arasında mühüm iqtisadi əməkdaşlıqları var. Bakı-Tiblisi-Qars, Bakı-Tiblisi-Ceyhan neft və qaz kəmərləri də bunun bir göstəricisidir. Azərbaycanla Türkiyə arasında yeni münasibətlər yaranır. münasibətlər yaranır, həm informasiya sahəsində, həm təhsil sahəsində həm də mədəniyyət sahəsində də mühüm əməkdaşlıqlar yaranır. Bunun üçün hər iki ölkənin cənab prezidentləri gözəl işlər görürlər".