Tbilisidə Azərbaycanın Silahlı Qüvvələri Günü qeyd olunub

Tbilisidə Azərbaycanın Silahlı Qüvvələri Günü qeyd olunub Tbilisidə Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümü qeyd olunub.
Xarici siyasət
26 İyun , 2021 10:49
Tbilisidə Azərbaycanın Silahlı Qüvvələri Günü qeyd olunub

Tbilisidə Azərbaycan Ordusunun yaradılmasının 103-cü ildönümü qeyd olunub.

“Report”un yerli bürosu xəbər verir ki, Silahlı Qüvvələr Günü münasibətilə Heydər Əliyev adına parkda ümummilli liderin abidəsi ziyarət olunub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe polkovnik-leytenant Fuad İbrahimov, hərbi attaşe aparatı və səfirlik əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov ümummilli liderin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Son xəbərlər

Orphus sistemi