Türkiyə parlamentinin sədri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib - YENİLƏNİB

Türkiyə parlamentinin sədri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib - YENİLƏNİB Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və
Xarici siyasət
12 İyul , 2023 11:04
Türkiyə parlamentinin sədri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib - YENİLƏNİB

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

“Report” xəbər verir ki, TBMM sədri Türkiyə səfirliyinin Bakıdakı nümayəndə heyəti ilə birgə Türk Şəhidliyi abidəsi önünə əkil qoyub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb.

Türkiyə Parlamentinin sədri burada xatirə dəftərini imzalayıb.

Xatırladaq ki, Numan Kurtulmuş TBMM-in sədri vəzifəsinə seçildikdən sonra ilk dəfədir Azərbaycana səfərə gəlib.

TBMM-nin sədri bu gün rəsmi şəxslərlə görüşəcək, həmçinin TÜRKPA katibliyi ziyarət edəcək.

10:54

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Report" xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Son xəbərlər

Orphus sistemi