TDT-nin nüfuzu getdikcə artır - RƏY

TDT-nin nüfuzu getdikcə artır - RƏY Türk Dövlətləri Təşkilatının (TDT) dövlət və hökumət başçılarının Şuşada keçirilən qeyri – rəsmi Zirvə Görüşü “Baku Tv”nin efirində yayımlanan “Baku Aktual” verilişində təhlil olunub.
Xarici siyasət
6 İyul , 2024 17:53
TDT-nin nüfuzu getdikcə artır - RƏY

İyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü “Baku Tv”nin efirində yayımlanan “Baku Aktual” verilişində təhlil olunub.

“Report” xəbər verir ki, qonaqlar deputat Sabir Rüstəmxanlı, siyasi şərhçi Fuad Çıraqov və türkiyəli politoloq İsmail Cingöz bu mühüm hadisə barədə öz fikirlərini bölüşüblər.

S.Rüstəmxanlı bildirib ki, TDT-nin dünyadakı nüfuzu getdikcə artır: "Əlbəttə, bu, sevindiricidir”.

F. Çıraqovun sözlərinə görə, Azərbaycan türk dünyasının lokomotividir: “Bununla əlaqədər Azərbaycan öz üzərinə ciddi missiya götürüb. Sonradan isə bu tendensiya digər türk dövlətlərinə, o cümlədən Türkiyəyə də keçib”.

İ.Cingözün fikrincə, gələcəkdə bütün türk dövlətlərinin Şimali Kiprin tanıması istisna deyil: “Biz bunu arzulayırıq. TDT gücləndikcə onların üzvlərinin sayı daha da artacaq. Məsələn, Rusiya və İranın artıq bu barədə düşündüyünü bilirik".

İ.Cingöz düşünür ki, bundan sonra TDT daha da güclənə bilər.

Son xəbərlər

Orphus sistemi