Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin müavinləri Türkiyənin İstanbul şəhərində toplantı keçiriblər.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, iclasda üzv ölkələrlə yanaşı, müşahidəçilər - Şimali Kipr, Macarıstan və Türkmənistan da iştirak edib.
Toplantıda TDT-nin Qazaxıstanda keçiriləcək X Zirvə Görüşü, əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Azərbaycanı iclasda nazir müavini Samir Şərifov təmsil edib.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.